“Azəravtoyol” avtomobilinin minaya düşməsindən sonra FOTOSU

“Azəravtoyol” avtomobilinin minaya düşməsindən sonra FOTOSU

Digər Veb saytların hazırlanması

19 Sentyabr 2023 11:58 1130


“Azəravtoyol” ASC-yə məxsus yük avtomobilinin minaya düşdüyü ərazinin fotosu yayılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, mina partlayışının gücündən “Hovo” markalı yük avtomobili tam yararsız vəziyyətə düşüb, avtomobildəki şəxslərin həlak olub.

Qeyd edək ki, sentyabrın 19-u saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!