Azərbaycan ağırlıqaldırma tarixində ilk - 3 qat dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ağırlıqaldırma tarixində ilk - 3 qat dünya çempionu oldu

İdman

07 Dekabr 2019 08:42 1146


Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev növbəti uğura imza atıb.

"Yeni Sabah" xəbər verir ki, idmançımız üçqat dünya çempionu olub.

O, karyerasını bitirməsinə baxmayaraq, bu nailiyyətə 10 ildən sonra çata bilib. Sezar pizza

Paşayevin 2009-cu ildə Cənubi Koreyanın Koyan şəhərindəki dünya çempionatında 94 kq çəki dərəcəsində əldə etdiyi gümüş medal "qızıl"la əvəz edilib. Buna səbəb həmin mundialın qalibi olmuş qazaxıstanlı Vladimir Sedovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsidir. Sedov 8 il müddətinə diskvalifikasiya olunub və onun 2016-cı ilədək olan bütün nəticələri ləğv edilib.

Beləliklə, Paşayev birinci pilləyə qalxaraq Azərbaycanın ağırlıqqaldırma idmanı tarixində 3 qat dünya çempionu adını qazanmış ilk idmançısı adına sahiblənib.

Qeyd edək ki, Nizami Paşayev 2002 və 2005-ci illərdə də dünya çempionu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!