Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.
“Yeni Sabah” xəbər verir ki, məlumat verilib ki, bu ilin iyun ayında açılan Gimnastika Mərkəzində məşq zalları, məşqçilər və hakimlər üçün otaqlar, multimedia muzeyi, şərhçi otaqları, yeməkxana, press-bar və emalatxanalar var. Mərkəzdə bədii gimnastikanın tarixində ilk multimedia muzeyi yaradılıb. Muzeyin ekspozisiyasına taç-masa ilə birlikdə 5 LED ekran daxildir. Həmin ekranlar vasitəsilə bədii gimnastikanın tarixi, bu idman növündə fərqlənənlər, Rusiyanın gimnastika məktəbləri haqqında məlumatlar əks olunur.
Kompleksin əsas arenasının ümumi sahəsi 25,7 min kvadratmetrdir. Beş mərtəbədən və nadir layihə əsasında informasiya modelləşdirilməsi texnologiyalarının tətbiqi ilə bir yeraltı mərtəbədən ibarətdir. Binanın gimnastika lenti formasında damı Gimnastika Mərkəzinin rəmzinə çevrilib. Bina beynəlxalq səviyyəli yarışlar keçirilməsinin və idmançıların peşəkar hazırlığının bütün tələblərinə cavab verir. Gimnastika Mərkəzi yarış vaxtı 500 idmançı və 4 minədək azarkeş tutumuna malikdir. Dördpendirli pizza

Bildirək ki, Azərbaycanda bədii gimnastika son illərdə, xüsusilə Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra sürətlə inkişaf edib. Xanım Əliyeva bu sahəyə rəhbərlik etməyə başladıqdan bir il sonra 2003-cü ildə Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin Azərbaycanda keçirilməsinə nail olub. Bunun ardınca 2004-cü ildə Dünya kuboku, 2005-ci ildə 27-ci Dünya çempionatı, 2007-ci ildə 23-cü, 2009-cu ildə 24-cü, 2014-cü ildə isə 30-cu Avropa çempionatlarının Azərbaycanda keçirilməsini təmin edib.
Mehriban Əliyeva ilə İrina Viner-Usmanova idmanın bu sahəsində Azərbaycanla Rusiya arasında əməkdaşlığı da müzakirə ediblər. Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan və Rusiya arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə bir müddət əvvəl “Dostluq” ordeni ilə təltif edilən İrina Viner-Usmanova M. Əliyeva ilə çay masası arxasında söhbət ediblər.
Bu görüş və müzakirə Azərbaycanda yeni hesab olunan, buna baxmayaraq, kifayət qədər naliyyətlər əldə edilmiş bədii gimnastikanın həm təbliği, həm də təcrübə mübadiləsi üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda bədii gimnastika – Son illər
2006-cı ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yenidən AGF-in prezidenti seçilməsi idmanın bu növünün inkişafında və federasiyanın fəaliyyətində yeni mərhələnin başlanmasına təkan verib. Azərbaycanın bədii gimnastlarının Avropa çempionatında ilk medalı 2010-cu ildə əldə olunub. Bremendə 26-cı Avropa çempionatında Aliyə Qarayeva çoxnövçülük yarışında bürünc medal qazanıb. Həmin çempionatda gimnastlarımız əlavə olaraq gümüş və bürünc medala layiq görülüblər.

2014-cü ildə istifadəyə verilən Milli Gimnastika Arenası (MGA) Azərbaycanda gimnastikanın inkişafında növbəti mühüm addım olub. Gimnastikanın bütün 6 yarış növü üzrə turnirlərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı bu möhtəşəm arena mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Bundan başqa, Milli Gimnastika Arenası möhtəşəmliyi ilə təkcə təlim-məşq toplanışına və yarışlara gələn gimnastları deyil, həmçinin müxtəlif ölkələrdən olan idman həvəskarlarını da valeh edir.
AGF-in prezidenti, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dövlət başçısının Sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə, əldə olunmuş nailiyyətlərə görə, həmçinin AGF-in vitse-prezidenti Altay Həsənov “Şöhrət” ordeni, Oyunlarda 5 medal qazanan Oleq Stepko “Şöhrət” ordeni, dörd idmançı “Tərəqqi” medalı, bir neçə məşqçi isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif ediliblər. Bu, Azərbaycan Prezidentinin ölkəmizdə gimnastikanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsi idi.
2016-cı ildə Mehriban Əliyevanın Avropada idmanın inkişafı və Olimpiya hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan “Ali Ordeni” ilə təltif olunması AGF prezidentinin beynəlxalq miqyasda fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olub.
Bütün bu uğurlar onu göstərir ki, Mehriban Əliyevanın federasiyaya rəhbərliyi, genişmiqyaslı fəaliyyəti ölkəmizdə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, uğurlu beynəlxalq fəaliyyət və ən əsası parlaq nailiyyətlərlə müşahidə olunur. Rusiya ilə bu sahədə əlaqələrin genişləndirilməsi isə növbəti uğurlar üçün bazanın daha da gücləndirilməsidir.

Telegram kanalımız