“Azərbaycan Beynəlxalq Bankı” cərimələndi - ŞOK MƏBLƏĞ

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Beynəlxalq Bankı” cərimələndi - ŞOK MƏBLƏĞ

İqtisadiyyat

19 Noyabr 2024 19:08 1878


Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-ni (ABB) 272 344 manat cərimə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Bildirilib ki, bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər "Mərkəzi Bank haqqında" qanunla, qurumun "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması" qaydası ilə tənzimlənir. Odur ki banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə AMB-də olan müxbir hesablarında saxlanılmasını təmin etməlidirlər. pizza sifarişi

15 oktyabr - 14 noyabr tarixlərini əhatə edən saxlama dövründə ABB manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq dövlət bankına qarşı maliyyə sanksiyası tətbiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!