“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? –   ŞİKAYƏT

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? – ŞİKAYƏT

İqtisadiyyat

12 Fevral 2025 08:35 381


Vətəndaş Rübabə Əliyeva “Azərbaycan Beynəlxalq Bankı” ilə “Rabitəbank”ın onun başına açdığı oyuna görə hər ikisini məhkəməyə verməyə hazırlaşır.

 “Yeni Sabah” Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə şikayətçi özü yazıb və hüquqşünaslardan kömək istəyib. O bildirib ki, “Rabitəbank”dakı hesabından onun xəbəri olmadan pulu çəkilib:

“Mənim xəbərim olmadan “Azərbaycan Beynəlxalq Bank”ı 26 mart 00:56-da 10 min kredit ayırıb. Sonra mənim şəxsi vəsaitim olan “Rabitə Bank”dan pulum çəkilib. Bu barədə hər yerə yazmışam. Ancaq heç bir nəticə yoxdur. ABB deyir pulu ödəyin. Nə üz skaneri, nə video görüntü olmayıb. “Rabitəbank”a dəfələrlə müraciət etmişəm. Özləri də təsdiq edib ki, 3D kodu mənə göndərməyiblər. Sonra da dedilər bizdə görünmür, amma Azərkart deyir, mesaj gəlib. Deyirlər, bunu hakerlər edib, polisə müraciət edin”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!