Azərbaycanın milli aviadaşıyıcısı "Boeing 737 MAX-8" təyyarələrini almaqdan imtina edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Boeing" korporasiyasına "Boeing 737 MAX-8" tipli 10 sərnişin təyyarəsinin alışı üzrə müqavilənin pozulması barədə məlumat vermişik", - QSC-dən deyiblər. Toyuqlu pizza
"Azərbaycan Hava Yolları"ndan həmçinin bildiriblər ki, hazırda digər iri istehsalçılardan sərnişin təyyarələrinin alınmasının mümkünlüyünə dair danışıqlar aparılır.
Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" şirkəti və "Boeing" korporasiyası 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri, təxminən, 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi.
Telegram kanalımız