Azərbaycan boksçusu finala yüksəlib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan boksçusu finala yüksəlib

İdman

25 May 2019 11:59 1272


Azərbaycan boksçusu Lorenso Sotomayor Çexiyada keçirilən Usti-nad-Labem Qran-prisində finala yüksəlib. 

"Yeni Sabah” xəbər verir ki, 34 yaşlı idmançı yarımfinalda tailandlı Nasuk Vuttiçaya qalib gəlib – 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27). 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı həlledici görüşdə norveçli Hadi Srurla döyüşəcək.

Sotomayordan fərqli, Alfonso Dominges (81 kq) finala yüksələ bilməyib. Dominges yarımfinalda kubalı olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olaraq, bürünc medalla kifayətlənib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!