Azərbaycan bu ölkədən 1 milyard dollarlıq qızıl aldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bu ölkədən 1 milyard dollarlıq qızıl aldı

İqtisadiyyat

09 Fevral 2025 22:11 1312


Azərbaycanın Avstraliyadan idxalı kəskin artıb.

Yenisabah.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ötən il Avstraliyadan 1 milyard 463,12 milyon dollarlıq məhsul idxal edib. Bu, 2023-cü illə müqayisədə 125 dəfə çoxdur. Azərbaycan 2023-cü ildə bu ölkədən 11 milyon 688,97 min dollarlıq məhsul idxal etmişdi.

Artıma səbəb qızıl idxalı olub. Ötən il Avstraliyadan təqribən 1 milyard dollar dəyərində qızıl idxal edilib. Toyuqlu pizza

Nəticədə Avstraliya Azərbaycanın idxalında beşinci yerə yüksəlib. Bu ölkənin Azərbaycanın ümumi idxalında payı isə 6.95 faiz olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!