Azərbaycan bu ölkələrlə viza rejimini ləğv etdi -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bu ölkələrlə viza rejimini ləğv etdi - SİYAHI

Siyasət

15 Dekabr 2025 15:00 408


Azərbaycan Prezidenti İlham Əliyev altı ölkə ilə diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişləri təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı Anqola, Bəhreyn, Cibuti, Dominikan, Qvineya-Bisau, Surinamla analoji sazişləri təsdiq edib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycanla Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib. pizza hut

Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!