Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

İqtisadiyyat

23 Oktyabr 2024 22:58 14641


2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlar üçün “Armaeronavigation” şirkətinə 133 760 avro ödəyib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin açıqlamasında bildirilib.

Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödəniş məbləği təxminən 50 min avro, bütün 2023-cü il üçün isə 90 min avro civarında olub. Marqarita pizza

Bütün bu ödənişlər müəyyən olunmuş qaydada “Avrokontrol”un (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

“Armaeronavigation” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!