“Azərbaycan bununla bağlı hərəkətə keçməlidir” - Belçikalı deputat təxribatdan danışdı

“Azərbaycan bununla bağlı hərəkətə keçməlidir” - Belçikalı deputat təxribatdan danışdı

İdman Veb saytların hazırlanması

08 Oktyabr 2019 14:37 927


"Dudelanj" - "Qarabağ" oyunu zamanı baş verənlər qəbuledilməz hadisədir. UEFA bu məsələdə tərəf tutmamalı və klubu cəzalandırmalıdır".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Belçika parlamentinin deputatı Şövkət Təmiz bildirib.

"Qarabağ beynəlxalq hüquqda da Azərbaycanın torpağıdır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və beynəlxalq sənədlərdə işğalçı dövlət kimi tanınır.

Azərbaycanın haqlı mövqeyi müdafiə olunur.Təəssüf ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətində 1994-cü ildən bu günə qədər heç bir irəliləyiş yoxdur və bu da bizi narahat edir.

Ümumiyyətlə, idman yarışları siyasət, şiddət və təxribat fəaliyyətlərinin meydanı olmamalıdır. UEFA-dan cəsur qərar gözləyirik. Həm də Azərbaycan təxribatla bağlı hərəkətə keçməlidir", - deyə deputat açıqlamasında qeyd edib. // Sportinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!