Azərbaycan Çexiya ilə hərbi əməkdaşlıq planı imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Çexiya ilə hərbi əməkdaşlıq planı imzaladı

Rəsmi

24 Aprel 2026 13:32 155


Azərbaycan və Çex respublikalarının müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" keçirilib.

"Yeni Sabah" xəbər verir ki, MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib.

Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!