Yeni rəy sorğusuna əsasən respondentlərin 85,7%-i Trampın atəşkəs və ya müharibəyə son qoymaq üçün şərt kimi İranın raket proqramına qoyulan hər hansı məhdudiyyətə qarşıdır.
"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, eyni zamanda onların 82,6%-zənginləşdirilmiş uranın (60%) xaricə ixracı əleyhinədir.
Uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasına respondentlərin 79,4%-i "Xeyir" cavabı verib.
Sorğu iştirakçılarının 73,7%-i eyni şərtlərlə Hörmüz boğazından gəmilərin sərbəst keçidini qəbul etmir.
Razılaşma və ya müharibəyə son qoymaq müqabilində "Müqavimət Oxu"ndan imtina etmək barədə suala respondentlərin 68,1%-i İranın belə bir şərti qəbul etməməli olduğunu bildirib.
Onların yalnız 29,5%-i İranın ABŞ ilə danışıqlarını dəstəkləyib, təxminən 64,2%-i isə Birləşmiş Ştatlarla danışıqlara razı deyil.
Sorğuda 15 yaş və yuxarı vətəndaşlar arasında keçirilib.
Respondentlərin 66%-i müharibədə İranın qalib gəldiyini bildirib. 87,2%-i silahlı qüvvələrin təcavüzkarlara qarşı reaksiyasından məmnun qalıb. 57,7%-i ABŞ-nin atəşkəsə İrandan daha çox ehtiyac duyduğuna inanır.
Telegram kanalımız