İranlı ekspertdən regiona çağırış: “Vaxt azdır, təcili ölkənizi tərk edin”

saytların hazırlanması

Evə çatdırılma

İranlı ekspertdən regiona çağırış: “Vaxt azdır, təcili ölkənizi tərk edin”

Siyasət

23 Aprel 2026 01:55 170


İranlı alimi, siyasi analitik və şərhçi Məhəmməd Mərəndi Fars körfəzi ölkələrini təcili tərk etməyə çağırıb.

"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, sosial şəbəkədəki paylaşımında Mərəndi hamını dərhal BƏƏ, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı və Küveyti tərk etməyə səsləyib.

O, həmçinin Fars körfəzindəki bütün gəmilərin dənizçiləri evakuasiya etməsiin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, xüsusilə Hörmüz boğazı yaxınlığında olan gəmilərə aiddir. Çünki vaxt tükənir, ilk növbədə onlar məhv ediləcək.

Xatırladaq ki, Məhəmməd Mərəndi tez-tez dünya mediasında (BBC, CNN, Əl Cəzirə və s.) İran və Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi kimi çıxış edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!