Avropa İttifaqında (Aİ) 2025-ci ildə miqrantların sayı 64.2 milyon nəfərə çataraq rekord həddə yüksəlib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "RFBerlin" təşkilatının hesabatında qeyd olunub.
Məlumata əsasən, son bir ildə miqrantların sayı 2.1 milyon nəfər artıb. Ümumilikdə son 15 ildə bu göstərici 60%-dən çox artaraq Aİ əhalisinin 14.2%-ni təşkil edib.
Ən çox miqrant Almaniyada yaşayır - təxminən 18 milyon nəfər. İspaniya isə ən sürətli artımı göstərərək 9.5 milyon miqrantla ümumi artımın təxminən üçdə birini təmin edib. Sonrakı yerlərdə Fransa (8.5 milyon), İtaliya (6.4 milyon) və Niderland (2.9 milyon) qərarlaşıb.
Əhalisi az olan ölkələrdə miqrantların ümumi əhaliyə olan nisbəti daha yüksəkdir. Bu siyahıya 51.6% ilə Lüksemburq başçılıq edir. Kipr və Maltada bu göstərici təxminən üçdə bir, İsveç, Belçika və Avstriyada isə 18-21% aralığındadır.
Hesabatda qeyd olunur ki, miqrasiya axınları əsasən demoqrafik təzyiq, geosiyasi böhranlar və əmək bazarındakı balanssızlıqla əlaqədardır./Oxu.az
Telegram kanalımız