“İndi onların bir hissəsi həbsdədir” - Tahir İmanovdan sərt mesaj

saytların hazırlanması

Evə çatdırılma

“İndi onların bir hissəsi həbsdədir” - Tahir İmanovdan sərt mesaj

Şou

21 Aprel 2026 17:48 2179


“Bu yaxınlarda mənə dedilər ki, Azərbaycan Opera və Balet Teatrında baş verənlərə niyə fikir bildirmirsiniz? Heç bilmirdim ki, Tahir İmanovun opera və balet sənətinə bir aidiyyatı var. Bu cür məsələlərdə artıq iştirak etmirik”.

“Yeni Sabah” xəbər verir ki, bunu Əməkdar artisti, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov bildirib.

Aktyorun sözlərinə görə, bundan sonra tənqid etdikləri məmurların çox həbsdədir:

“10 il bundan qabaq Soso Pavliaşvili ilə bağlı qalmaqalda da öz sözümüzü demişdik ki, bu insan Azərbaycan xalqından üzr istəməlidir. Həmin vaxt bir çoxları bizi ittiham edirdilər. Ondan sonra mən, Cabir, Bəhram və bir çoxumuz söz verdik ki, bu cür oyunlarda iştirak etməyəcəyik. Çünki bu, doğrudan da bir oyundur. Bəziləri bunun səmimi qəlbdən oynayır, bəziləri isə sadəcə oynayır.

İnanın ki, yorulmuşam. Hər dəfə mövqeyimizi bildiririk, hər dəfə də pis adam oluruq. Lakin biz haqlıyıq. 15-20 ildir ki, bir çox məmuru tənqid edirik. Əsas narazılığımız onların rüşvətxorluğu ilə bağlı idi. İndi onların çoxu həbsdədir və ya vəzifədə deyil.

Tənqidimiz öz yerində qalır, lakin bu cür müvəqqəti oyunlarda oynamırıq. Oynamaq fikrində də deyilik. Biz başqa yolun yolçusuyuq. Yumor və iti satira ilə məşğuluq. Hər şeyə də bu prizmadan baxmışıq və baxırıq”.

 Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!