Elşən Abıyevə yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Elşən Abıyevə yeni vəzifə verildi

Sosial

22 Aprel 2026 15:25 251


Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə icra başçısı Araz Əhmədov sərəncam əmr imzalayıb.

Sərəncama əsasən, Abiyev Elşən Rövşən oğlu Masallı Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi və memarlıq-tikinti şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunda aparıcı məsləhətçi vəzifəsinə təyinat alıb.

Məlumata görə, həmin vəzifə vakant olduğu üçün Dövlət İmtahan Mərkəzi tərəfindən müsahibə təşkil edilib. Müsahibədə yüksək nəticə göstərən E.Abiyev komissiyanın qərarına əsasən vəzifəyə uyğun hesab edilib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!