Metroya görə avtobusların sayı artırılıb - AYNA

saytların hazırlanması

Evə çatdırılma

Metroya görə avtobusların sayı artırılıb - AYNA

Sosial

22 Aprel 2026 16:56 167


Aprelin 21-də Bakı Metropolitenində yaranan texniki insident səbəbindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) təxirəsalınmaz tədbirlər həyata keçirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Agentlik daşıyıcılara xətlərə əlavə nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verib. Bu çərçivədə metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub.

Sərnişin axınının tənzimlənməsi məqsədilə metro üzrə daşımaları əvəz edə biləcək marşrutlar üzrə avtobusların sayı artırılır və bu da gözləmə intervalının azalmasına, sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasına imkan yaradır.

Bu səbəbdən xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun "Elmlər Akademiyası", "Nizami", "28 May", "Gənclik", "20 Yanvar", "Nəriman Nərimanov", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Əhmədli" stansiyaları və şəhərin digər əsas istiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunması davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!