İbrahim Tatlısəs vəsiyyətini açıqladı, varidatını bağışladı

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Tatlısəs vəsiyyətini açıqladı, varidatını bağışladı

Şou

22 Aprel 2026 16:40 267


Türkiyəli müğənni İbrahim Tatlısəs xəstəxanadan evə buraxıldıqdan sonra vəsiyyətini açıqlayıb.

“Yeni Sabah” xəbəb verir ki, o, bütün var-dövlətini dövlətə bağışlamaq qərarına gəlib:

“Uşaqlarıma veriləcək bir qəpik də yoxdur. Pulu özüm qazanmışam. Mənə atam miras qoymayıb. Hər şeyi dövlətə bağışlayıram”.

İ.Tatlısəs aprelin 7-də İstanbulda yerləşən evində səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Ona öd kisəsi mənşəli bakterial infeksiya – xolesistit diaqnozu qoyulmuş və 11 apreldə əməliyyat olunmuşdu. Həkimlərin nəzarətində saxlanıldıqdan sonra bu gün evə buraxılan Tatlısəs xəstəxana çıxışında jurnalistlərin suallarını cavablandırıb.

Müğənni Tatlısəs bildirib ki, əməliyyat uğurla keçib və səhhəti hazırda yaxşıdır:

“Öd kisəmi götürdülər, başım boyda daş çıxdı. Həkimlər mənə çox yaxşı baxdılar, hamısına təşəkkür edirəm”.

Müğənni övladları ilə bağlı məsələlərə də toxunaraq deyib ki, onların bəziləri ilə münasibətləri istədiyi səviyyədə deyil:

“Allah uşaqlarımdan razı olsun, amma hamısından yox. Bəziləri mənim qəlbimdə layiq olduqları yerdə deyillər”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!