YAP Məzahir Pənahovla bağlı   QƏRAR VERDİ

saytların hazırlanması

Evə çatdırılma

YAP Məzahir Pənahovla bağlı QƏRAR VERDİ

Siyasət

22 Aprel 2026 12:05 1643


Aprelin 22-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə partiya məlumat yayıb.

İclasda Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Milli Məclisinə təqdim edilməsi məsələsinə baxılıb.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib. 

İclasa yekun vuran YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilən etimadı doğruldacağına əminliyini ifadə edərək onlara uğurlar arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!