"İran danışıqlarla bağlı heç bir vədini pozmayıb".
"Yeni Sabah" BBC-yə istinadla xəbər verir ki, bunu XİN-in İsmayıl Bəqai bildirib.
"İran danışıqlara xoş niyyət və ciddiliklə daxil olub, lakin siz ciddilik və xoşməramlılıq göstərməyən tərəfi ilə qarşı-qarşıyayıq", - deyə o vurğulayıb.
"Biz heç vaxt ikinci mərhələ üçün İslamabada gedəcəyimizi deməmişik və sonradan da öhdəliklərimizi pozmamışıq", - deyə Bəqai əlavə edib.
XİN sözçüsü ABŞ-nin İran limanlarını dənizdən blokadaya almasını təcavüz aktı adlandırıb və bunun hələ də qüvvədə olduğunu vurğulayıb: "Bu, diplomatik prosesə həqiqətən ciddi yanaşan bir ölkənin davranışı deyil".
Bəqai Trampın İranın Hörmüz boğazını açmamaqla atəşkəsi pozması ittihamını rədd edib.
Telegram kanalımız