Bakıda sensasion oğurluğun detalları:   Minlərlə dəyəri olan ləvazimatları görün nə ediblər?!

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sensasion oğurluğun detalları: Minlərlə dəyəri olan ləvazimatları görün nə ediblər?!

Kriminal

22 Aprel 2026 13:07 166


Bakının Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlayanlar saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub. 

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!