"Bu gün biz Qərbi Asiyada xarici güclərin, xüsusən də ABŞ-ın iştirakından azad olan yeni bir regional nizamı qurmanın astanasındayıq".
"Yeni Sabah" Fars-a istinadən xəbər verir ki, bu fikirlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında yer alıb.
SEPAH düşmənin təhdidlərini həyata keçirməsinə icazə verməyəcəyini bildirib:
"Qüvvələrimiz 100% hazırlıq vəziyyətindədir və İrana qarşı təcavüz və ya hər hansı bir hərəkət halında dərhal əvvəlcədən müəyyən edilmiş hədəflərə hücum edəcək və ABŞ və İsrailə əvvəlkindən daha sərt cəza verəcəklər".
Telegram kanalımız