Sabunçu Tibb Mərkəzinin direktoru da İŞDƏN ÇIXARILDI

saytların hazırlanması

Evə çatdırılma

Sabunçu Tibb Mərkəzinin direktoru da İŞDƏN ÇIXARILDI

Sosial

22 Aprel 2026 15:01 163


Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

"Yeni Sabah" xəbər verir ki, onun yerinə müavini Kamil Hacıyev təyin olunub.

Qeyd edək ki, son günlər bir neçə xəstəxananın baş həkimlərinin dəyişməsi barədə məlumat yayılıb.

"Yeni Klinika"nın baş direktoru Barat Yusifov və Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifələrindən azad edilmələri barədə xəbəri oxu.az və bakupost.az saytlarına təsdiqləyiblər.

Respublika Uroloji Mərkəzin direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıxovanın da vəzifələrindən azad edilməsi barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı TƏBİB-ə yönləndirilən çoxsaylı sorğular isə cavabsız qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!