Bakı metrosu AÇILDI -   YENİLƏNDİ-3

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosu AÇILDI - YENİLƏNDİ-3

Hadisə

21 Aprel 2026 15:01 2502


Bakı metrosunun fəaliyyəti tam bərpa edilib.

“Yeni Sabah” xəbər verir ki, saat 15:01-dən etibarən stansiyaların qapıları açılıb və sərnişinlər içəri buraxılıb.

Hazırda qatarların hərəkəti normal qrafiklə davam edir.

***

14:59

Bakı metrosu açılır.

Bu barədə “Yeni Sabah”a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

***

13:14

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bu barədə “Yeni Sabah”a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək.

***

12:38

“Bakı Metropoliteni”nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov-Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb. Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Qurum tərəfindən əlavə məlumatın veriləcəyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!