Azərbaycanın fəxri adlarına layiq görülən və buna görə aylıq təqaüd alan xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.
“Yeni Sabah”ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mətbuat xidmətindən bildirlib ki, hazırda belə şəxslərin sayı 27 nəfər təşkil edir.
Məlumata əsasən, təqaüd vəsaiti həmin şəxslərin Azərbaycanda açılmış bank hesabına və ya onların özlərinin xaricdə açdırdıqları bank hesablarına köçürülür.
DSMF bu kateqoriyadan olan təqaüdçülərin adlarını dəqiqləşdirməyib. Belə ki, qurumun nümayəndəsi Rəşad Mehdili bu məzmunda informasiyanın fərdi məlumatlar sayıldığını, qanunvericiliyə əsasən, fərdi məlumatların açıqlanmadığını deyib.
Xatırladaq ki, hazırda “Xalq” fəxri adına görə aylıq təqaüdün məbləği 300 manat, “Əməkdar” fəxri adına görə isə 200 manatdır.
İlhamə Qasımlı
Telegram kanalımız