Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edildi

Hadisə

22 Aprel 2026 20:45 125


Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli barəsində qərar verib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində onunla bağlı təqdimata baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, yeniyetmə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü məktəbli 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb. Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!