Makron Livanda daha bir fransız hərbçisinin öldüyünü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Makron Livanda daha bir fransız hərbçisinin öldüyünü açıqladı

Dünya

22 Aprel 2026 21:55 124


Livanda “Hizbullah”ın hücumu nəticəsində daha bir fransız hərbçisi ölüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında yazıb.

Həmin hərbçi bir neçə gün əvvəl Livanda sülhməramlı kontingentdə xidmət edərkən “Hizbullah”ın hücumu zamanı ağır yaralanıb və o, Fransaya aparılıb.

Emmanuel Makron onun bu gün öldüyünü elan edib.

Qeyd edək ki, “Hizbullah”ın hücumu zamanı başqa bir fransız hərbçisi yerindəcə ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!