Qurban Qurbanov Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov Avropa çempionu oldu

İdman

22 Aprel 2026 22:24 108


Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, 82 kq çəki dərəcəsində çıxış edən güləşçimiz birinci yer uğrunda qarşılaşmada Adlet Tyulbayevə (UWW) 4:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da, təmsilçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!