Ermənistandakı yeni Aİ mülki missiyası həqiqi yardım deyil, siyasi müdaxilə alətidir.
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, qanunsuz maliyyə axınları, kiberhücumlar və informasiya manipulyasiyaları ilə mübarizə bəhanəsi ilə Aİ iyunun 7-də keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır:
"Suveren dövlətin işlərinə müdaxilə ilə mübarizə aparmaq niyyətində olan missiya özü belə bir müdaxilə alətidir".
M.Zaxarova Moldovadakı oxşar Aİ missiyası ilə paralel apararaq, onun demokratik institutların gücləndirilməsindəki real faydasını şübhə altına alıb.
O hesab edir ki, Aİ-nin Cənubi Qafqazda iştirakının genişləndirilməsi regional məsuliyyət prinsipinə ziddir və sabitliyə təhdid yaradır: "Ümid edirik ki, Ermənistan tərəfi missiyanın ölkənin daxili işlərinə müdaxilə etmək üçün istifadəsinə icazə verməyəcək".
Telegram kanalımız