İslam Bazarqanov Avropa çempionatında finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

İslam Bazarqanov Avropa çempionatında finala yüksəldi

İdman

24 Aprel 2026 19:05 87


Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

"Yeni Sabah" xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə 11:1 hesabı ilə qalib gəlib.

Digər güləşçilərimizdən Cəbrayıl Hacıyev (79 kq) də yarımfinal qarşılaşmasında qüvvəsini sınayacaq.

Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!