Gərginlik ARTIR: ABŞ-nin üç aviadaşıcıyısı və minlərlə hərbçisi Yaxın Şərqə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Gərginlik ARTIR: ABŞ-nin üç aviadaşıcıyısı və minlərlə hərbçisi Yaxın Şərqə gəldi

Dünya

24 Aprel 2026 19:46 114


Üç aviadaşıyıcı zərbə qrupunun tərkibində 200-dən çox ABŞ təyyarəsi və helikopteri, eləcə də 15 000 ABŞ dənizçisi və dəniz piyadası Yaxın Şərqə gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) öz "X" hesabında məlumat verib.

"Onilliklər ərzində ilk dəfə olaraq üç aviadaşıyıcı eyni vaxtda Yaxın Şərqdə fəaliyyət göstərir. "USS Abraham Lincoln", "USS Gerald R. Ford" və "USS George H.W. Bush" aviadaşıyıcıları regiondadır", - deyə bildirib.

Daha əvvəl CENTCOM məlumat vermişdi ki, "USS George H.W.Bush" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu komandanlığın məsuliyyət zonasına daxil olub. Aprelin 21-də ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun portalı olan "USNI News" Pentaqon mənbələrinə istinadən məlumat yayıb ki, Venesuela və İrandakı əməliyyatlarda iştirak edən ABŞ-nin "USS Gerald R.Ford" aviadaşıyıcısı təmirdən sonra Süveyş kanalından keçərək Qırmızı dənizə daxil olub. Bundan əlavə, "USS Abraham Lincoln" da Ərəbistan dənizindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!