Türkiyənin Milli Müdafiə Universitetinin rektor müavini Naxçıvanda oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin Milli Müdafiə Universitetinin rektor müavini Naxçıvanda oldu

Siyasət

24 Aprel 2026 18:18 119


Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) olublar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, qonaqlara Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Səfər çərçivəsində qonaqlar ƏÜO-nun Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib. Hərbi təhsil sahəsində əməkdaşlın cari vəziyyəti, perspektivlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

ƏÜO-nun Təlim və Tədris Mərkəzində müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı ziyarət olunub.

Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq zamanı xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Qərargah, tədris korpusları, yataqxana və digər inzibati binalara baxış keçirib.

Səfər çərçivəsində Türkiyə-Azərbaycan Dostluq Parkı və tarixi-mədəniyyət abidələri ziyarət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!