DİQQƏT! Bakıda bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bakıda bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir

Sosial

24 Aprel 2026 20:10 509


Paytaxtın əsas küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar bir sıra marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Yeni Sabah"a verilən məlumata görə, 24-27 aprel tarixlərində Səməd Vurğun və Rəşid Behbudov küçələrində, eləcə də Heydər Əliyev prospektinin əsas və kənar yollarında (şəhər istiqaməti) təmir işləri aparılacaq.

Tətbiq ediləcək məhdudiyyətlərlə əlaqədar aşağıdakı marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunacaq:

Səməd Vurğun küçəsindən keçən:

61 nömrəli marşrut: Azadlıq prospekti ilə;

88A nömrəli marşrut: Rəşid Behbudov və Salatın Əsgərova küçələri ilə.

Rəşid Behbudov küçəsindən keçən:

4 nömrəli marşrut: Puşkin küçəsi, Azadlıq prospekti və Füzuli küçəsi ilə;

5, 20, 61 və 88 nömrəli marşrutlar: Xaqani, Puşkin və Füzuli küçələri ilə.

Heydər Əliyev prospekti üzrə:

H1 nömrəli marşrut: Əsas yoldan kənar yola yönləndiriləcək.

Qurumdan o da bildirilib ki, Heydər Əliyev prospektinin qismən məhdudlaşdırılan kənar yolundan keçən 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət intervallarında sıxlıqla bağlı artım ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!