Aprelin 24-ü saat 16:00-a olan məlumata əsasən, bəzi bölgələrdə küləkli hava şəraiti davam edir.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bir sıra ərazilərdə şimal-qərb küləyi üstünlük təşkil edir. Küləyin maksimal sürəti Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtər və Bərdədə 22 m/s, Mingəçevir, Gəncə və Ağstafada 20 m/s, Lerikdə 19 m/s, Ağdamda 18 m/s, Yardımlı, Şəki və Xızıda isə 15 m/s-dək güclənib.
Aytac Əliyeva
Telegram kanalımız