Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi oldu

İdman

02 İyul 2022 19:28 831


Kluj-Napokada (Rumıniya) bu gün başlayan cüdo üzrə Avropa Açıq Kubokunun ilk günündə 11 Azərbaycan idmançısı çıxış edir.

Yenisabah.az xəbər verir ki, Rəşad Elkiyev 60 kq çəki dərəcəsində bürünc medal uğrunda döyüşdə Tibo Vollemana (Nideland) qalib gəlib.

Nazir Talıbov finalda Coşua Cilesdən (Böyük Britaniya) üstün olaraq qızıl medal qazanıb. Dördpendirli pizza

Elçin Hüseynov bürünc medal uğrunda görüşdə digər azərbaycanlı idmançı Ruslan Paşayevə uduzub. Bununla da Paşayev bürünc medalın sahibi olub.

73 kq çəki dərəcəsində Telman Vəliyev finala yüksəlib. Nəriman Mirzəyev isə bürünc uğrunda mübarizə aparmaq imkanı əldə edib.Azerisport.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!