“Azərbaycan dili reanimasiyadadır” - Seyran Səxavət

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan dili reanimasiyadadır” - Seyran Səxavət

Maraqlı

02 Sentyabr 2023 14:55 564


“Azərbaycan dili reanimasiyadadır”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan dili və ədəbiyyatı” Forumunda çıxışı zamanı yazıçı Seyran Səxavət deyib.

Onun sözlərinə görə, bu gün ölkədə Azərbaycan dilini normal bilən, danışan, yazan yox dərəcəsindədir: Marqarita pizza

“Bayaqdan burada dillə, ədəbiyyatla bağlı onlarla problemdən danışıldı. Hamısının kökündə dayanan dildir. Bu, çox ciddi məsələdir. Bunun üzərinə düşülməsə, problemlər hələ qabaqdadır deməkdir”.

Yazıçı qeyd edib ki, televiziyalarımızda dillə bağlı qüsurlar, qəbahətlər baş alıb gedir:

“İstənilən televiziyanı götürək, mən sizə sübut edərəm ki, orada Azərbaycan dili bilgisi 49 faizdən o yana deyil. Bu, biabırçılıqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!