“Azərbaycan dronu Ermənistanın “İsgəndər”ini məhv etdi” - “Avia.Pro.”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan dronu Ermənistanın “İsgəndər”ini məhv etdi” - “Avia.Pro.”

Hadisə

14 Oktyabr 2020 14:36 2821


Azərbaycan Silahlı Qüvvələrinin kamikadze-dronu Ermənistan Silahlı Qüvvələrinin “İsgəndər” əməliyyat-taktiki raket sistemini məhv edib.

Bu barədə “Avia.Pro.” məlumat yayıb. Bu gün Ermənistanın silahlanmasında olan ən azı bir “İsgəndər” əməliyyat-taktiki raket sistemi Azərbaycanın kamikadze-dronu tərəfindən məhv edilib.

Azərbaycan mətbuatının məlumatına görə, söhbət ən azı üç raket kompleksinin yerləşdirildiyi bütöv bir bölgənin məhv edilməsindən gedir, bunların arasında pilotsuz təyyarədən çəkilmiş fotoşəkilə əsasən bir “Toçka-U” və iki “İsgəndər” kompleksi var. pizza sifarişi

Ermənistan Silahlı Qüvvələrinin taktiki raket sistemlərinin Kəlbəcər rayonu ərazisində yerləşdirildiyi və onlardan ən azı birinin birbaşa olaraq istifadədən dərhal əvvəl məhv edildiyi qeyd olunur. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!