Azərbaycan güləşçiləri “Zaqreb Open”in ilk günündə 5 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçiləri “Zaqreb Open”in ilk günündə 5 medal qazandılar

İdman

06 Fevral 2025 01:56 384


Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günü güləşçilərimiz üçün uğurlu alınıb.

Yenisabah.az xəbər verir ki, sərbəst güləş millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Toyuqlu pizza

İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.

Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.

“Zaqreb Open” fevralın 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!