Azərbaycan Gürcüstana 16 ceyran bağışladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Gürcüstana 16 ceyran bağışladı

Maraqlı

12 Yanvar 2024 21:30 1153


Azərbaycan Gürcüstana daha 16 ceyran - Tbilisinin son on ildə populyasiyasını bərpa etməklə məşğul olduğu antiloplar cinsindən olan nadir heyvanlar köçürüb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mühafizə olunan ərazilər üzrə Milli Agentlik məlumat yayıb.

Ceyranlar Azərbaycan-Gürcüstan sərhədi yaxınlığındakı Dedoplistskaro bələdiyyəsinin Samuxi qoruq ərazisinə buraxılıb. Toyuqlu pizza

Сeyranlar gürcü zooloqlarını xüsusi narahat edən mövzudur. Keçən əsrin 60-cı illərinə qədər bu heyvanların böyük populyasiyası Samuxi vadisində mövcud idi. Lakin urbanizasiya və brakonyerlik səbəbindən ceyranlar yoxa çıxmağa başladı.

2013-cü ildə populyasiyanın bərpası üzrə proqram başlanıldı. Həmin vaxt Azərbaycanın Şirvan Milli Parkından ölkəyə on ceyran gətirilmişdi. İndi Gürcüstanda onların sayı 300-dən çoxdur.

Heyvanlara nəzarət edilir və təhlükəsiz yaşayış mühitini təmin etmək üçün tədbirlər görülür. Layihə Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən dəstəklənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!