Azərbaycan həbsdə olan Özbəkistan vətəndaşını ekstradisiya etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan həbsdə olan Özbəkistan vətəndaşını ekstradisiya etdi

Maraqlı

08 Avqust 2023 18:57 1937


Azərbaycan həbsdə olan Özbəkistan vətəndaşını ekstradisiya edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, Özbəkistan prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. pizza hut

“Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən, Özbəkistan Respublikasının vətəndaşı, 24 mart 1993-cü il təvəllüdlü Musurmanov Davron Musurmanoviçin verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Davron Musurmanov cari ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib”, - məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!