Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimdə iştirak edirlər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimdə iştirak edirlər

Maraqlı

24 Avqust 2023 19:37 545


Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanın Tbilisi şəhərində "Agile Spirit 2023" çoxmillətli hərbi təlimində iştirak edirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, taktiki və komanda-qərargah təlimində 21 ölkənin nümayəndələri iştirak edirlər. Sezar pizza

Beynəlxalq təlimdə əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Qeyd edək ki, çoxmillətli təlim Gürcüstanda 11-ci dəfədir təşkil olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!