Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz dostluq” festivalında birinci yerə layiq görüldü   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz dostluq” festivalında birinci yerə layiq görüldü - Fotolar

Hadisə

03 Sentyabr 2020 20:24 869


“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada keçirilən “Sərhədsiz dostluq” Milli Mədəniyyətlər festivalının mahnı və rəqs müsabiqələrində Azərbaycanı Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, festivalda hərbçilər təmsil etdikləri ölkələrin və dünya xalqlarının mahnı və marşlarını, rəqslərini ifa ediblər.

Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanıb. Marqarita pizza

Festivalda uğurla çıxış edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı “Qızıl səs” vokal nominasiyası üzrə birinci, “Rəqs ritmləri” nominasiyası üzrə isə ikinci yerə layiq görülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!