“Azərbaycan himnini oxuyaram...“ – Acun efir zamanı əsəbləşdi - Video

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan himnini oxuyaram...“ – Acun efir zamanı əsəbləşdi - Video

İdman

30 Sentyabr 2019 09:00 3569


Türkiyə Super Liqasının 6-cı turu çərçivəsində keçirilən “Fənərbağça” - “Qalatasaray” matçında (0:0) qonaq komandanın alman futbolçu Maks Kruzenin Türkiyənin dövlət himnini oxuması birmənalı qarşılanmayıb.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbol şərhçisi Sinan Engin “Bəyaz TV”də bildirib ki, M. Kruzeyə Türkiyəm himnini Acun Ilıcalı öyrədib. Digər futbol şərhçisi Ahmet Çakar isə “Maks Kruze kimi bir əcnəbinin İstiqlal Marşını öyrənməyi hoqqabazlıqdır” deyib.

Bundan sonra tanınmış aparıcı, TV8-in sahibi Acun Ilıcalı canlı yayıma qoşularaq səslənən fikirlərə sərt etirazını bildirib: Sezar pizza

“Maks Kruze 30 dəfə Almaniya millisində oynamış futbolçudur, şouya ehtiyacı yoxdur. Almaniyada bizim vətəndaşları sevib. Demək ki, biz sevdirmişik. Hər yerdə irqçilik var. Türkiyədə qaradərili oyunçuları çox sevirik. Demək ki, bizim belə bir özəlliyimiz var. Azərbaycanda oynasam, oranın himnini oxuyaram. Biri çıxıb mənə şarlatan desə, bütün həvəsim qırılar, özümü sorğu-sual edərəm. Baxıram ki, hər kəs xoşbəxtdir. Bu adam türklərə heyrandır, türkcə danışmağı sevir. Bizim vətandaşlarımızı sevməsi çox gözəldir. Əgər bunun içindən hoqqabazlıq çıxarsaq, insanlar bizi necə sevəcək?! Bir alman getdiyi zaman “məni nə qədər gözəl qucaqladılar” - desə, yaxşı deyilmi? Niyə yaxşılıqla bəslənmirik?!”

Qeyd edək ki, İstanbul derbisində “Qalatasaray”ın heyətində də Türkiyə himnini oxuyan olub. Belə ki, hollandiyalı Rayan Babel himni komanda yoldaşları ilə birgə oxuyub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!