Zakir Həsənov Zukan Helez ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Zukan Helez ilə görüşdü

Siyasət

12 Noyabr 2025 16:35 291


Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Zukan Helez ilə görüşüb. 

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən məlumat verilib. 

Görüş zamanı hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Qarşılıqlı səfərlərin və bu cür görüşlərin hərbi əlaqələrin genişlənməsinə, səmərəli təcrübə mübadiləsinin aparılmasına töhfə verdiyi vurğulanıb. Toyuqlu pizza

Tərəflər, həmçinin hərbi sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. 

Görüşün yekununda iki ölkənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı  imzalanıb, nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Rəsmi səfər proqramına uyğun olaraq general-polkovnik Z.Həsənov hərbi sənaye zavoduna və digər hərbi təyinatlı obyektə baş çəkib, orada yaradılan şərait və istehsalat avadanlıqları ilə tanış olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!