Azərbaycan İtaliyadan 2 milyardlıq silah alır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan İtaliyadan 2 milyardlıq silah alır

Maraqlı

21 Sentyabr 2023 17:34 2249


Azərbaycan İtaliyadan böyük miqdarda silahların alınması ilə bağlı danışıqlar aparır. 

Yenisabah.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "La Repubblica" qəzetində dərc edilən məqalədə bildirilir.

Məlumata görə, rəsmi Bakı İtaliyadan təlim təyyarələri, hücum silahları, özüyeriyən zenit silahları, yer-hava tipli raket batareyaları, nəqliyyat təyyarələri və sualtı qayıqlar almaq niyyətindədir. Ehtimal olaunan sövdələşmənin dəyərinin 1-2 milyard avro dəyərində olduğu qeyd olunur.  pizza

Nəşr danışıqların yekunlaşmadığını və davam etdiyini vurğulayıb. Məqalədə qeyd olunur ki, iyun ayında İtaliyann "Leonardo" şirkəti Azərbaycana C27J "Spartan" nəqliyyat təyyarələrinin satılacağını açıqlayıb.

Qəzet Azərbaycanın almaq istədiyi sualtı qayıqlara xüsusi diqqət yetirir. Bildirilir ki, istək siyahısında olan sualtı qayıqlar kiçik olsa da, ciddi silahlara malikdir. Xəzər dənizi üçün nəzərdə tutulan platformalar dörd torpedo, yeni nəsil sistemlərlə təchiz edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!