Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında finala vəsiqə qazanıb.
Yenisabah.az xəbər verir ki, +91 kq çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb. Onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.
Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanıb. Marqarita pizza
O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.
Telegram kanalımız