Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında "Neftçi" "Kəpəz"i qəbul edib.
Oyun paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Dördpendirli pizza
"Neftçi" ilk görüşdə 2:0 hesablı qələbə qazandığından mərhələ adlayan tərəf olub. "Ağ-qaralar" yarımfinalda "Sabah"la üz-üzə gələcək.
Digər yarımfinal cütündə isə "Qarabağ"la "Araz-Naxçıvan" qarşılaşacaq.
Qeyd edək ki, bu raundun matçları apreldə olacaq.
Telegram kanalımız