Ölkəmiz liderlər arasında yer aldı

saytların hazırlanması

Evə çatdırılma

Ölkəmiz liderlər arasında yer aldı

Sağlamlıq

18 Yanvar 2021 14:06 593


Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə görə ikinci yerdə qərarlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Oksfordun tərtib etdiyi hökumət reaksiyası indeksində deyilir.

2021-ci il yanvarın 9-a olan vəziyyətə əsasən, pandemiya ilə əlaqədar qəbul edilmiş tədbirlərin sərtlik indeksinə görə Azərbaycan 89,81 xalla ikinci olub. Azərbaycan hökumətinin reaksiya indeksi 73,53, səhiyyə sisteminin vəziyyəti indeksi 82,69-a bərabər olub. pizza

Qonşu ölkələr arasında tədbirlərin sərtliyi indeksində Türkiyə 65,28, Rusiya 50,46, İran 70,83, Gürcüstan 84,26 xal toplayıb. (Trend)

Qeyd edək ki, Oksford COVID-19 pandemiyasına reaksiya tədbirləri ilə bağlı indeksi 19 müxtəlif göstərici əsasında tərtib edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!