Azərbaycan mədəniyyəti Moskva şəhərində nümayiş olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan mədəniyyəti Moskva şəhərində nümayiş olundu - Fotolar

Mədəniyyət

11 Sentyabr 2021 18:06 1163


Moskvada “Xalq təsərrüfatının nailiyyətləri sərgisi”nin Azərbaycan pavilyonunda sözügedən şəhərin 874 illiyi münasibətilə “Moskva – Bakı: qəlblər birləşir” adlı bayram tədbiri keçirilib.

Yenisabah.az xəbər verir ki, pavilyon qarşısında milli musiqi və rəqslərin nümayiş olunduğu tamaşalar göstərilir.

Pavilyonun direktoru Səadət Qədirova bildirib ki, belə bir gündə Azərbaycan mədəniyyətini, xalqımızın adət-ənənələrini tanıtmaq fürsəti əldən verilə bilməz: “Bu gün milli rəqslərimiz və musiqimiz, təamlar nümayiş olunur. Sözsüz ki, bütün bunlar Vətəni xatırladır. Belə bir tədbir Azərbaycanı Moskva sakinlərinə, qonaqlarına tanıtmaq üçün fürsətdir. Çalışdıq ki, pavilyona yaxınlaşan hər kəs Azərbaycan ab-havasını hiss etsin”. Sezar pizza

Qeyd edək ki, sentyabrın 12-dək davam edəcək tədbirin qonaqları Azərbaycan təamlarından dadmaqla yanaşı, milli üslubda tərtib olunmuş xüsusi guşədə xatirə şəkilləri də çəkdirə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!